Azərbaycan - İtaliya hərbi əlaqələrinin gücləndirilməsi müzakirə olunub
31.03.2023
İtaliyanın müdafiə naziri Quido Krosetto Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovu qəbul edib.
"DM" xəbər verir ki bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə, enerji və regional kontekstdə təhlükəsizlik, o cümlədən iki ölkə arasında hərbi, sənaye və siyasi əlaqələrin gücləndirilməsi də daxil olmaqla ümumi maraq doğuran mövzular ətrafında səmimi müzakirə aparılıb”, - İtaliya Müdafiə Nazirliyindən bildirilib.