Orban:AB Ukraynaya ordu göndərməyə hazırlaşır
31.03.2023
AB ölkələri Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə etməyə yaxındır.
"DM" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O bildirib ki, əvvəllər Avropa liderlərinin söhbətlərində bu mövzudan yayınırdılar:
"AB ölkələrinin liderləri Avropa dövlətlərinin Ukrayna ərazisinə müəyyən sülhməramlı tipli qoşunlar göndərməsini müzakirə edib, qəbul etməyə yaxındır”.