21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu soyqırımı beynəlxalq ictimaiyyətə çatdırmalıyıq

31.03.2023

Azərbaycanlılara qarşı törədilən soyqırımı beynəlxalq ictimaiyyətə çatdırmalıyıq və Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir.

"DM" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martın 31-də Qubada jurnalistlərə açıqlamasında deyib.

Ombudsman bildirib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməmişdi:

"Yalnız ulu öndərin 1998-ci ildə imzaladığı müvafiq sərəncamla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Dövlət başçısı İlham Əliyevin bizə tapşırığı odur ki, bu məsələləri həmişə diqqətdə saxlayaq, bütün beynəlxalq platformalarda dünya ictimaiyyətinin diqqətinə çatdıraq ki, Azərbaycan həqiqətləri budur”.