Nazir: “Mart soyqırımı kimi cinayətlərin təkrarlanmaması üçün cəzasızlığa son qoyulmalıdır”
31.03.2023
"Mart soyqırımı kimi cinayətlərin təkrarlanmaması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter” hesabında yazıb.
O xatırladıb ki, minlərlə azərbaycanlının ermənilər tərəfindən etnik zəmində öldürüldüyü Mart qırğınından 105 il ötür: "Biz bu gün ermənilərin soyqırımı siyasətinin qurbanlarını anırıq”.