21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İran DİN bəyanat yayıb, xalqı hədələyib

31.03.2023

İran Daxili İşlər Nazirliyi bəyanat yayaraq, məcburi hicab qaydalarına riayət etməyənləri ağır cəzaların gözlədiyini bildirib.

"DM" xəbər verir ki, bəyanatda hicabın İran mədəniyyətinin əsas dayaqlarından, təməl prinsiplərindən olduğu və bu sahədə heç kimə güzəşt edilməyəcəyi qeyd edilib.

Nazirliyin bəyanatında məcburi hicab qaydalarını pozanların xarici düşmənlərin əlaltıları olduqları iddia olunub.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.