Blinken və Koen İranı müzakirə edib
31.03.2023
ABŞ Dövlət katibi Entoni Blinken və İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub. Tərəflər İran da daxil olmaqla, ümumi məsələləri müzakirə ediblər.
"DM" xəbər verir ki, bu barədə JNS nəşri məlumat yayıb.
Söhbət zamanı Blinken ABŞ və İsrail arasında güclü ikitərəfli münasibətlərin vacibliyini bir daha təsdiqləyib.
"Ümumi məsələlər, o cümlədən İran, eləcə də İsrailin gələcək regional inteqrasiyası kimi qarşılıqlı maraqların təşviqi istiqamətində fəaliyyətlər müzakirə edilib”, - məlumatda bildirilib.