Mikayıl Cabbarov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
31.03.2023
İqtisadiyyat naziri Mikayıl Cabbarov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Twitter” səhifəsində paylaşım edib.
"DM" xəbər verir ki, paylaşımda deyilir:
"31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.