Ərəb şeyxi 390 milyon dollarlıq malikanəni ALDI - FOTOLAR
10.11.2018
Londonun Belqraviya səmtində, Hayd-Parkla üzbəüz üçmərtəbəli bina Britaniyanın ən bahalı daşınmaz əmlakına çevrilib. Bu binanın qiyməti artıq 300 milyon funt-sterlinq, yəni təxminən 390 milyon dollar təşkil edir.
"Dövran Media" bildirir ki, binanı Qətərin sabiq baş naziri şeyx Həmad bin Cəssim bin Caber əl Tani alıb. Binanın təqribən 150 milyon funt-sterlinqə satıldığı vurğulanır.
Şeyx binada əsaslı yenilənmə işlərinin layihəsini sifariş verib. Layihəyə görə, daha 3 mərtəbə əlavə ediləndən sonra 6 mərtəbəli olacaq binanın yaşayış sahəsi 4700 kvadrat metr təşkil edəcək.
Binada master-apartament, 6 uşaq otağı, 5 qonaq apartamenti və xidmətçilər üçün 11 otaq olacaq.
Bundan başqa, superlüks binada iki hovuz, türk hamamı, trenajor zalı, sauna, gözəllik salonu və kosmetik prosedurlar otağı da nəzərdə tutulub.
Zirzəmidə isə kinoteatr, qaraj, media-zal, iki qonaq otağı, fitnes otağı olacaq.
Şeyx əl Tani bu binanı ser Frederik və ser Devid Barklaylardan satın alıb.
Sövdələşmə Britaniya Vircin adalarında rəsmiləşdirilib.
57 yaşlı şeyx əl Tani 2007-2013-cü illərdə Qətərin baş naziri olub.
Londonda olduqca bahalı "Hipe Park One" yaşayış kompleksində tripleks apartament də almış şeyxin 11,2 milyard dollarlıq varidatı var.