03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gömrük Komitəsi minatəmizləmə əməliyyatlarına dəstək verəcək

30.03.2023

Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə ANAMA-dan bildirilib.

İmzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə Komitə sədrinin müavinləri, hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, mövcud resurs və imkanlardan səmərəli istifadə edilməsi, müsbət təcrübələrin mübadiləsi və zəruri ixtisas təlimlərinin təşkili, eyni zamanda kinoloji sahədə qarşılıqlı əməkdaşlığın inkişafına nail olmaqdır.

Həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən Agentliyin bu istiqamətdə olan ehtiyacların təmin edilməsinə kömək göstərilməsi, ANAMA tərəfindən Mərkəzin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinin, eləcə də kinoloji mərkəzin xidməti itlərinə və onların bələdçilərinə müvafiq təlimlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.