21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

30.03.2023

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə” 4 sentyabr 2012-ci il tarixli və "Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib.

"DM” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir.
Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərarı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qəbul edir.