Azsaylı xalqların dili ilə bağlı dərsliklər gələn tədris ilindən məktəblərə veriləcək
30.03.2023
I-IV sinifləri üçün "Azsaylı xalqların dili” fənni üzrə hazırlanan dərslik komplektləri növbəti tədris ilində məktəblərə çatdırılacaq.
Bu barədə "Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.
Qeyd edək ki, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili” fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.
Hazırda I-IV siniflər üçün "Talış dili”, "Saxur dili”, "Xınalıq dili” və I sinif üçün "Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır.