Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələr arasında ikincidir
30.03.2023
Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 881,85 mln. kubmetr qaz idxal edib ki, bu da illik müqayisədə 10,7% çoxdur.
"DM"-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2022-ci ilin yanvar aylarında Türkiyə Azərbaycandan 796,32 mln. kubmetr qaz idxal edib.
Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiyadan sonra (2 144,03 mln. kubmetr) ikinci yerdə qərarlaşıb, üçüncü pillədə isə Əlcəzair (763,81 mln. kubmetr) yer alıb.
Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 8 709,98 mln. kubmetr qaz idxal edib, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 1,3% azdır.
Qeyd edək ki, Azərbaycan Türkiyəyə qaz ixracını "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci və ikinci mərhələləri çərçivəsində həyata keçirir.