Elçin Əmirbəyov Yaponiyanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb
30.03.2023
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Yaponiyanın xarici işlər üzrə dövlət naziri Yamada Kenji ilə görüşüb.
"DM" xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tvitterdə bildirib.
Tərəflər Cənubi Qafqazda postmünaqişə vəziyyəti və sülh quruculuğu, eyni zamanda, Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.