Vahid Avropa ordusu təhqirdir - Tramp əsəbləşdi
10.11.2018
Fransa Prezidenti Emmanuel Makronun vahid Avropa ordusu yaratmaq ideyası təhqiramizdir.
"Dövran Media" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, əksər hallarda ABŞ tərəfindən maliyyələşdirilən NATO-ya Avropa öz payını ödəməlidir.
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın vahid ordu yaratmalı olduğunu bildirib. O, Avropanın ABŞ-dan asılılığını azaltmalı olduğunu deyib.