21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvan Ukraynanı dəstəkləməkdən imtina edib

30.03.2023

Ermənistan "Demokratiya Sammiti”nin bəyannaməsində Ukraynadakı vəziyyətlə bağlı bəndi qəbul etməkdən çəkinib.

"DM" xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.

"Demokratiya Uğrunda Sammit”in təşəbbüskarı ABŞ Prezidenti Bayden olub. Plenar iclasın yekunu olaraq Ermənistanın da qeyd-şərtlə qoşulduğu Bəyannamə qəbul edilib. Sənəddə deyilir ki, sammit iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinin humanitar nəticələrini pisləyir, həmçinin qoşunların ölkə ərazisindən dərhal çıxarılmasını tələb edirlər. Sammit iştirakçıları "Ukrayna ərazisində törədilmiş beynəlxalq hüquq çərçivəsində ən ağır cinayətlərə” görə günahkarların məsuliyyətə cəlb olunmasını da dəstəkləyiblər. Ermənistan, Hindistan və Meksika da qeyd-şərtlə qoşulduğu Bəyannamənin bu bəndindən imtina ediblər. Ümumilikdə sənədi 73 ölkənin nümayəndəsi imzalayıb”, - məlumatda bildirilib.