İsrail vətəndaşları sentyabrdan ABŞ-a vizasız gedə biləcəklər
29.03.2023
Bu ilin sentyabr ayından etibarən İsrail vətəndaşları üçün ABŞ-a vizasız giriş tətbiq olunacaq.
"DM" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu "Twitter"də yazıb.
"Bu gün biz, İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israilliləri ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” - Netanyahu yazıb.
"Yaxın aylarda biz əlavə tələblərə də əməl edəcəyik və bu ilin sentyabrında ABŞ-a giriş üçün viza tələb edilməyən ölkələr siyahısına İsrailin də qoşulacağı gözlənilir” – hökumət başçısı əlavə edib.