Əmiraslanov: Dərmanların gətirilməsi ilə bağlı əngəllər aradan qaldırılmalıdır
29.03.2023
"Dərmanların ölkəyə gətirilməsi məsələsi mütləq sadələşdirilmədi, bürokratik əngəllər aradan qaldırılmalıdır”.
"DM" xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslonov komitənin "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
"Hesab edirəm ki, btün bu prosesdən sonra qiymətlərdə müəyyən dəyişikliklər ola bilər”, - komitə sədri əlavə edib.
Əhliman Əmiraslov Azərbaycandakı tibbi təhsillə bağlı tənqidlərə də cavab verib:
"Azərbaycanda olan tibb təhsili Avropa və Türkiyə təhsili ilə tamamilə eynidir. Rezidentura sistemimiz Türkiyə rezidenturasına tamamilə yaxındır. Razıyam, rezidentlərin hazırlandığı klinikaların sayı çoxdur. Kiçik həcmli klinikalarda rezident hazırlamaq olmaz, bunun üçün aparıcı tibb müəssisələri olmalıdır. Sistemə gəldikdə isə, dediyim kimi, Avropa və Türkiyə ilə eynidir”.