Zelenski Si Cinpinlə görüşməyə hazır olduğunu bildirib
29.03.2023
Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşməyə hazır olduğunu bildirib.
Mənbə iddia edir ki, Ukrayna prezidenti görüşün Kiyevdə keçirilməsini istəyib.
Məlumat üçün əlavə edək ki, Çin hakimiyyəti bu ilin fevral ayında Rusiya-Ukrayna sülh planını təklif edib. Sülh planı Ukraynada humanitar böhranın nizamlanması daxil olmaqla 12 bənddən ibarətdir.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Pekinin sülh planı nizamlanma üçün əsas götürülə bilər.
Mənbə: Associated Press