Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb
29.03.2023
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib.
"DM” AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb.
"Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib.
Yeni uçot dərəcəsi martın 30-dan qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.