Almaniya hərbi xərclərini artırır
09.11.2018
"Dövran Media" xəbər verir ki, Almaniyanın hərbi xərclərinin 38,5 milyard avrodan 43,2 milyard avroya qədər artırılması nəzərdə tutulub. Yeni hərbi büdcəyə əsasən, Almaniyanın inkişafda olan ölkələrə yardımı 9,4 milyard avrodan 10,2 milyard avroya qədər artırılacaq.
Qeyd edək ki, Almaniya bundan öncə öz hərbi xərclərini ümumdaxili məhsulunun 2%-i həcminə yaxın 10 ildə çatdırmaq gücündə olmadığını bildirmişdi.