Qazaxıstanda hökumət tam tərkibdə istefa verib
29.03.2023
Qazaxıstanda hökumət parlamentin aşağı palatasının yeni tərkibinin seçilməsindən sonra tam tərkibdə istefa verib.
Məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, Kasım-Jomart Tokayev bir müddət əvvəl bildirmişdi ki, Qazaxıstanda parlamentin aşağı palatasına keçiriləcək seçki ölkənin siyasi inkişafında yeni mərhələnin başlamasına səbəb olacaq.
Mənbə: Akorda.kz