İrana daha bir zərbə: Bağdadla kürdlər razılaşır
09.11.2018
İraq hökuməti ilə İraq Kürd Muxtar Vilayəti arasında Kərkükdən neft ixracının yenilənməsinə dair razılıq əldə oluna bilər.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Faynənşıl Tayms” qəzeti yayıb. Məlumata görə, razılaşmanın bu ay əldə olunması planlaşdırılır. Razılaşma nəticəsində İraqın ixrac etdiyi neft 400 min barrel arta bilər ki, bu da İran neftinin ixracının azalmasını kompensasiya edəcək.
Qeyd edək ki, Kərkükdən neft ixracı keçən ilin oktyabrında dayandırılıb.