Səfir: Türkiyə vətəndaşları Bakı, Naxçıvan və Gəncədə səs verə bilər
28.03.2023
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakının təmin edilməsi istiqamətində iş aparılır.
"DM" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.
Səfir qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarda səs verə bilər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq.
Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.