Fransa səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
27.03.2023
Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, Türkiyənin terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG və onun qadın qolu YPJ-nin üzvlərinin Fransa Senatında qarşılanmasına dair etirazı çatdırılıb, bu hadisənin qəbul edilməz olduğu bildirilib.
PKK/PYD/YPG-nin Türkiyə və suriyalılara qarşı hücumları, bölgədəki separatçı və sabitliyi pozan fəaliyyətləri bir daha səfirin diqqətinə çatdırılıb.