Aftandil İsrafilovun vəziyyəti yenidən pisləşib
27.03.2023
Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.
Bu barədə axsam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər danışıb. O bildirib ki, atasının səhhəti yenidən pisləşib:
"Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır”.
Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilib. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılıb. Qızı onunla bağlı açıqlama verərkən - "ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib, bütün bunlar böyrəyə də təsir edib", - deyə söyləyib.