İranda yüzlərlə etnik bəluc edam edilib
27.03.2023
Son bir il ərzində İranda 628 sünni məzhəbli etnik bəluc edam edilib və hökumət məmurları tərəfindən öldürülüb.
"DM" xəbər verir ki, bu barədə Bəluc İnsan Haqları Təşkilatının son hesabatında məlumat verilib.
Hesabatda İranın 23 şəhərində 182 bəlucun edam edildiyi, 446 bəlucun isə müxtəlif səbəblərdən, o cümlədən etiraz aksiyalarında iştirak etdiklərinə görə güllələnərək öldürüldüyü bildirilib.