Ulduz futbolçu rekordlar kitabına düşdü
09.11.2018
PSJ klubunun hücumçusu Kilian Mbappe iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Lekip” nəşri yazıb.
Mbappe Çempionlar liqasının yarımfinalında qol vurmağı bacaran ən gənc futbolçu kimi tarixə düşüb. 2017-ci ilin mayın 9-da keçirilən qarşılaşmada "Monako” forması ilə "Yuventus”a qarşı fərqlənərkən idmançının cəmi 18 yaş 140 günü olub. İkinci rekord isə Mbappenin "France Football”ın versiyasına əsasən dünyanın ən yaxşı oyunçusuna verilən "Qızıl top”a ən gənc namizəd olmasıdır.
Xatırladaq ki, hücumçunun rekordlarının qeydə alındığı kitab 2019-cu ilin sentyabrında işıq üzü görəcək.