Türkiyədə 49 günlük “tətil” bitib
27.03.2023
Türkiyədə zəlzələdən sonra dörd vilayətdə bağlanan məktəblərdə 49 gündən sonra dərslər başlayıb.
Kahramanmaraşın iki, Hatayın yeddi, Malatyanın səkkiz və Adıyamanın beş rayonunda məktəblər tədris üçün hazır vəziyyətə gətirilib.
Zəlzələnin dağıntılara səbəb olduğu bölgələrdəki digər məktəblərin nə zaman açılacağına vilayətlərin rəhbərlikləri qərar verəcəklər.
Qeyd edilir ki, zəlzələlərin episentri olan Kahramanmaraşda 12, Hatayda beş məktəb dağılıb.
Xatırladaq ki, fevralın 6-da baş verən dəhşətli zəlzələlərdən sonra dağıntıların baş verdiyi şəhərlərdə məktəblər bağlanmışdı.
Mənbə: Haber Global