21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Patruşev: NATO ölkələri Rusiyanın bölünməsinə çalışırlar

27.03.2023

"NATO ölkələri Ukraynadakı münaqişədə tərəfdir".

"DM"xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.

"Əslində NATO ölkələri münaqişənin tərəfləridir. Onlar əsas məqsədlərini gizlətmirlər, bu hərbi münaqişəni mümkün qədər uzatmağa - Rusiyanın döyüş meydanında məğlubiyyətinə və bölünməsinə çalışırlar", - o əlavə edib.

Patruşev bildirib ki, NATO ölkələri Ukraynanı böyük bir hərbi düşərgəyə çeviriblər: "Onlar Ukrayna qüvvələrinə silah və sursat, eləcə də pilotsuz uçuş aparatlarından və peyklərdən istifadə etməklə məlumat göndərirlər. NATO təlimatçıları və məsləhətçiləri Ukrayna qoşunlarına təlimlər keçirir".