21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsxak Hersoq bu islahatları dərhal dayandırmağa çağırıb

27.03.2023

İsrail prezidenti İsxak Hersoq hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb.

Bu barədə dövlət başçısı "Twitter” hesabında yazıb.

"İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini (islahatın qəbulu) dayandırmağa çağırıram”.

Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanından sonra etirazlar başlayıb.
Xatırladaq ki, Y.Qalant martın 25-də xüsusi bəyanatla çıxış edərək, ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib.

O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.