Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edilib
25.03.2023
Venesuelanın hüquq-mühafizə orqanları ölkədə ən fəal şəkildə axtarışda olan cinayətkarlardan biri, "Dovşan” ("Konexo”) ləqəbli Karlos Enrike Qomes Rodrigesi məhv edib. Onun ələ keçirilməsində köməyə görə bir milyon dollar mükafat veriləcəyi elan edilmişdi.
"DM" Oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos mətbuat konfransında bildirib.
Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, cinayətkar İrapada (Sukre ştatı) tapılıb. O, dəstənin digər üzvləri ilə birlikdə mühafizəçilərə müqavimət göstərməyə çalışıb. Əməliyyat nəticəsində onlardan 36 nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar qrupun qalan üzvlərinin axtarışı davam etdirilir.
Qeyd edək ki, Qomes terror, qətl, qəsb və adam oğurluğu ilə ittiham edilib.