Bayden:Putinə qarşı təzyiqi davam etdirəcəyik
25.03.2023
ABŞ və Kanada Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək siyasətini davam etdirməyə hazırdır.
"DM/" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trudo ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Biz tarixi sanksiyalarımızla Putinə qarşı təzyiqi davam etdirəcəyik”, - Bayden bildirib.
Eyni zamanda, Bayden ABŞ və Kanadanın Ukraynaya ehtiyac duyduğu hərbi təlimi, texnika və humanitar yardımı davam etdirəcəklərini qeyd edib.