Rusiyadan ABŞ-ın sanksiya qərarına sərt cavab
09.11.2018
ABŞ-ın Krıma görə Rusiyaya tətbiq etdiyi sanksiyalara siyasi müstəvidə eyni şəkildə cavab veriləcək.
"Dövran Media xəbər verir ki, bu açıqlama ilə rusiyalı senator Konstantin Kosaçev çıxış edib.
Kosaçev Rusiyanın maraqlarına qarşı olmayacaq iqtisadi tədbirlərin də həyata keçiriləcəyini istisna etməyib.
Qeyd edək ki, ABŞ Krımla əlaqədən və Donbasdakı vəziyyətdən dolayı Rusiyanın 3 fiziki şəxsinə və 9 şirkətinə sanksiya tətbiq edib.