21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistan KM Putinin həbsi barədə qərarı konstitusiyaya uyğun hesab edir

24.03.2023

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib.

"DM" xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bildirilib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarından anlaşılan odur ki, RF prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna və Haaqa tribunalına verilə bilər.