Medvedyev: NATO bu münaqişədə birbaşa iştirak edir
24.03.2023
Şimali Atlantika Alyansı Ukrayna münaqişəsində birbaşa iştirak edir. Belə ki, NATO-nun 3,6 milyonluq ordusundan burada istifadə edilir.
"DM" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
O qeyd edib ki, NATO analitikləri hərbi əməliyyatlarda iştirak faktını etiraf ediblər:
"Onlar (NATO - red.) təbii ki, belə bir hibrid münaqişədə iştirak edirlər və artıq bunu gizlətmirlər. Həmçinin, Kiyev rejimini də texnika, silah və pulla təmin edirlər”.