Türkiyədə neft kəmərində sızma yaranıb
23.03.2023
Türkiyənin Batman vilayətindən keçən, "Botaş”a məxsus neft kəmərində sızma meydana gəlib.
"DM" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, sızma Mirzəbəy və Balpınar kəndləri arasındakı hissədə baş verib.
Hazırda təhlükəsizlik məqsədilə sözügedən bölgədəki boru xəttinə neft verilməsi dayandırılıb. Qəzanın aradan qaldırılması və Batman çayına sızan neftin təmizlənməsi üçün əlavə tədbirlər görülür.