Kahramanmaraşda yenə zəlzələ olub
23.03.2023
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda saat 12:19 radələrində 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD (Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsi) xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri yerin 7 kilometr dərinliyində yerləşib.
Bundan bir neçə dəqiqə sonra eyni ərazidə 4,0 bal gücündə daha bir zəlzələ baş verib.
Xatırladaq ki, Kahramanmaraşda bir neçə gün öncə də zəlzələ baş vermişdi.
11:11
Qəhrəmanmaraşda səhər saatlarında ard-arda zəlzələ baş verib.
"DM" xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Zəlzələlər yerli saatla 08:45 radələrində yerin 6,94 və 12,2 km dərinliyində meydana gəlib.
Bundan başqa Antakyada da 3,9 bal gücündə zəlzələ baş verib.
Tələfat və dağıntı qeydə alınmayıb.