ABŞ-dan Bakı-İrəvan münasibətləri ilə bağlı açıqlama
22.03.2023
ABŞ dövlət katibi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına sadiqdir.
"DM" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.
Patelin sözlərinə görə, Blinken təşəbbüslərin həyata keçirilməsində ABŞ-ın ardıcıl yardımını təklif edib.
"ABŞ tərəfi prosesi diqqətlə izləyir və Vaşinqton da buna sadiqdir. Blinkenin bu məsələyə sadiqliyi aydındır, səfir Filip Riker bu diplomatik portfeli idarə edirdi və indi bu məsələni Luis Bono öz üzərinə götürüb”, - Patel bildirib.
Qeyd edək ki, Abş dövlət katibi Entoni Blinken martın 20-də Ermənistan Baş nazir Nikol Paşinyan, martın 21-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.