HDP namizədliyə dair qərarını açıqlayıb
22.03.2023
Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) mayın 14-də keçiriləcək prezident seçkisinə öz namizədini çıxarmayacaq.
"DM" xəbər verir ki, bu barədə HDP həmsədri Pərvin Buldan deyib.
"Prezident seçkilərində namizədimizi irəli sürməyəcəyimizi bəyan edirik”, - Buldan bildirib.
Qeyd edək ki, martın 20-də Türkiyədə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu HDP həmsədrləri Pərvin Buldan və Mithat Sancarla görüşmüşdü.