İsrail Hələb aeroportunu vurub
22.03.2023
İsrail təyyarələri Hələb beynəlxalq hava limanı yaxınlığına raket zərbələri endirib.
"DM" xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yerli vaxtla saat 03:55-də İsrail Aralıq dənizindən Hələb beynəlxalq hava limanı ərazisinə bir neçə raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.
Hücum nəticəsində hava limanına maddi ziyan dəydiyi bildirilib.