21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

22.03.2023

Kırklarelinin Vize rayonunda keçən il yağışlarla dolub-daşan Kazandere bəndi bu il yağıntı olmaması səbəbindən qurumaq həddindədir.

İstanbul Su və Kanalizasiya İdarəsinin məlumatına görə, şəhəri su ilə təmin edən hövzədə suyun səviyyəsi iyul ayından etibarən azalmağa başlayıb. Hazırda bənddə 1 milyon 45 min kubmetr su qalıb ki, bu da onun tutumunun cəmi 8%-ini təşkil edir.

Qeyd olunur ki, İstanbulu su ilə təmin edən bölgədəki bəndlərdən biri olan Papuçderedə də vəziyyət kritikdir. Belə ki, onun doluluq nisbəti yüzdə 9,31-ə bərabərdir.
Mənbə: Anadolu