Razvojayev: “Dronlar Sevastopola hücum edib”
22.03.2023
"Suüstü dronlar Sevastopola hücum edib, Qara dəniz donanması bu hücumun qarşısını alıb”.
"DM”-nın xəbərinə görə, bu barədə Sevastopolun qubernatoru Mixail Razvojayev teleqramda məlumat verib.
O iddia edib ki, qarşı tərəfin 3 obyekti məhv edilib:
"Onlar körfəzdən keçməyə cəhd ediblər, matroslarımız onları atıcı silahlardan atəşə tutublar”.
Qubernatorun sözlərinə görə, partlayışlardan sonra Sevastopolda bir neçə binada şüşələr qırılıb, amma insanlar arasında xəsarət alan yoxdur.
Daha əvvəl Sevastopolda dəniz nəqliyyatının hərəkətinin dayandırıldığı barədə məlumat verilmişdi.