Ан-148-dən xilas olan yeganə SƏRNİŞİN -FOTO
13.02.2018
Dövran Mediya Komsomolskaya Pravdaya istinadən bildirir ki, Soçi sakini
Maksim Kolomeysev Ан-148-in yeganə xilas olan sərnişinidir. O, sırf təsadüf nəticəsində, faciəyə bir həftə qalmış həmin reys üçün aldığı bileti kassaya qaytarıib. Təsəvvür edirsinizmi, mənim - bu gün ad günümdür, - deyə o, Komsomolskaya Pravdaya danışır,- mən şokdayam, ona görə ki, həmin gün ölə bilərdim. Maksimin sözlərinə görə, 37 illiyinə özünə hədiyyə edib - maşın alıb. Maşını gətirmək üçün Orskya uçmağa hazırlaşırmış. Lakin son anda avtomobil satıcısı planını dəyişib və Maksimlə görüşünü
fevralın 18-nə keçirib. Təyyarənin Moskva vilayətində qəzaya uğramasını isə xəbərlərdən öyrənib
Bununla belə, o özünü xoşbəxt saymır. Kaş ki, təyyarə salamat qalaydı! Maksim davam etdirərək bildirir -bu, birinci dəfə deyil, həyatımda belə bir şeylər olur. Vəziyyət olub ki, maşın qəzaya düşəcəyi vaxt, mən son anda başqa bir yolla getmişəm. 5 il bundan əvvəl Orenburq-Orsk marşrutuna gecikib taksi ilə gedəsi
olmuşam. Sonradan məlum oldu ki, avtobus digər avtomobillə kəllə-kəlləyə gəlib və heç kim də ordan sağ şıxmayıb. Bir dəfə də şəhərlərarası taksi ilə getməlı idim, işdə yubandım və qəzaya düşmədim. O, 71 nəfərin həyatına son qoymuş faciə haqqında xəbərdən sonra şənliyi ləğv edib və vaxtını sevdiyi qızla birlikdə kecirmək niyyətindədir.