Milli Məclisin iclasında Nazirlər Kabinetinin Hesabatı dinlənilib - YENİLƏNİB
17.03.2023
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.
"DM"-nın xəbərinə görə, iclasda Baş nazir Əli Əsədov Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabatı təqdim edib.
Baş nazir Əli Əsədov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.
saat 11:06
Milli Məclisin iclası başlayıb.
"DM"-nın xəbərinə görə, iclasın gündəliyinə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabat daxil edilib.
Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabat verir.
Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı Baş naziri Əli Əsədov təqdim edəcək.