Paşinyan və Tasmaqambetov sərhəddəki vəziyyəti müzakirə edib
16.03.2023
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetovu İrəvanda qəbul edib.
"DM" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və təşkilatda kollektiv təhlükəsizlik mexanizmlərini müzakirə edib.
Onlar həmçinin KTMT-nin məsuliyyət zonasında və regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.