Quru sərhədlər açılır? - Rəsmi açıqlama
17.03.2023
Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı dəqiq vaxt demək mümkün deyil.
"DM" xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini, Operativ Qərargahın üzvü Şahin Mustafayev deyib.
"Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur. Vəziyyətə uyğun müvafiq qərar veriləcək”, - deyə o əlavə edib.
Xatırladaq ki, COVID-19 pandemiyasını geniş yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixdən Azərbaycanın quru sərhədləri bağlıdır.
Bu ilin fevralında Nazirlər Kabineti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddətinin 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılması haqqında qərar verib.