Mirzoyan və Lavrov bu mövzuda müzakirə aparacaq
17.03.2023
Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada keçiriləcək görüşdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.
"DM" xəbər verir ki, bunu Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan parlamentdə çıxışı zamanı deyib.
"Hamımız bilirik ki, Rusiya Aİ missiyasına həssas yanaşır və biz bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Yaxın günlərdə xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılır və Aİ missiyasına dair məsələlər gündəmdə olacaq”, – Hovhannisyan qeyd edib.