Kılıçdaroğlu seçilsə, Rusiyaya bunu xatırladacaq
17.03.2023
Türkiyədə müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu prezident seçkisində qalib gəlsə, Rusiyaya NATO üzvü olduğunu xatırladacaq.
"DM" xəbər verir ki, bunu onun müşaviri Ünal Çeviköz deyib.
O bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcək:
"Rusiya ilə danışıqlarda bərabərhüquqlu münasibətlərə çalışacağıq. Amma onlara Türkiyənin NATO üzvü olduğumuzu da xatırladacağıq”.
Siyasətçi əlavə edib ki, müxalifət İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmayacaq.