Azərbaycan komandası Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edə bilər
17.03.2023
Azərbaycan ağırlıqqaldıranları Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyirlər.
Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev açıqlama verib.
Federasiya rəsmisi bildirib ki, artıq beynəlxalq sistemdə iştiraklarını təsdiqləyiblər: "Lakin qarşı tərəflə təhlükəsizliklə bağlı təmaslar olmalıdır. Danışıqlara hələ başlanılmayıb. Prosedur qaydalarına uyğun olaraq, Ermənistan tərəfi təhlükəsizliklə bağlı zəmanət verəcəyi halda, Azərbaycan komandası olaraq Avropa çempionatında iştirak edəcəyik”.
Qeyd edək ki, yarış 15-23 aprel tarixləri aralığında keçiriləcək.