Mahsun Kırmızıgülün anasının qızılları oğurlanıb
08.11.2018
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, tanınmış müğənni Mahsun Kırmızıgülün anası 85 yaşlı Faika Arıkın evindən 1.5 milyon lirə dəyərində qızıl zinət əşyaları oğurlanıb.
Verilən xəbərə görə, qarətçi qısa müddət ərzində evdən oğurladığı qızıl zinət əşyaları ilə saxlanılıb.
Məlumatda qeyd olunur ki, oğurluq edən şəxs F.Arıkın evində xadimə işləyən Türkmənistan vətəndaşı olub.